Bakı şəhəri, Azərbaycan Respublikası

Həftə içi hər gün: 9:00 - 18:00

news

Azərbaycan Pediatrlar Assosiasiyasının “Türk Dünyası Pediatrların-Zirvə Görüşü Layihəsi 2024″

Azərbaycan Pediatrlar Assosiasiyasının “Türk Dünyası Pediatrların-Zirvə Görüşü Layihəsi 2024″ tədbirlər çərçivəsində 3-5 may 2024-cü il tarixlərində “2- ci Azərbaycan-Türkiyə Pediatriya Günləri” adlı elmi praktik konfrans keçiriləcək. 

Yerli və xarici mütəxəssislərin iştirakı ilə keçiriləcək konfrans görkəmli alim və həkimləri bir araya gətirəcək. Konfransda Türkiyənin nüfuzlu universitetlərinin çoxsaylı alimlərinin elmi-praktik çıxışları dinləniləcək, pediatriya sahəsində aktual problemlərin həlli yolları birlikdə araşdırılacaq, xəstəliklərin diaqnostika və müalicəsi sahəsində əldə edilən son yeniliklər konfrans iştirakçılarnın nəzərinə çatdırılacaq. Konfransın əsas hədəfi pediatriya sahəsində qardaş ölkə olan Türkiyə alimləri ilə əməkdaşlığı gücləndirmək, uşaqlara tibbi yardımın təşkilinin daha da yaxşılaşmasına, təkmilləşdirilməsinə hər tərəfli töhfə verməkdir.

Konfransda uşaqların xəstələnməsinin qarşısının alınmasına və bu xəstəliklər nəticəsində inkişaf edən ağırlaşmaların azaldılmasına dair tətbiq edilən müasir müalicə üsulları və profilaktik tədbirlər, həmçinin də klinik pediatriyanın digər aktual məsələləri müzakirə olunacaq.