"PEDİATRİYANIN AKTUAL PROBLEMLƏRİ” MÖVZUSUNDA ELMİ-PRAKTİKİ KONFRANS
Azərbaycan Tibb Universiteti və Azərbaycan Pediatrlar Assosiasiyası Bakı, Sumqayıt şəhərlərinin pediatrları üçün növbəti konfrans keçirib. Tədbirin əsas məqsədi - uşaqların sağlamlığının qorunması, muasir dövrdə elmi sübutlu təbabət əsasında beynəlxalq standartlara uyğun, klinik protokolların həkimin gündəlik işində inteqressiyasının zəruriliyi, bu sahədə çalışanların peşə biliklərinin artırılması idi. Konfransda ATU-nun əməkdaşları, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun mütəxəssisləri, Bakı və Sumqayıt şəhərlərinin dövlət və özəl klinikalarının 100-dən çox pediatrları iştirak edib. Konfrans klinik protokolların pediatrik praktikada rolu, Üşaqlarda mədə, on iki bağırsaq xorası, Muasir dövrdə tonzillitin diaqnostika və müalicəsi, Beynəlxalq protokollarda diaqnostika və müalicədə yeniliklərinə həsr olunub.
Konfransı giriş nitqi ilə açan AMEA-nın və Rusiya Elmlər Akademiyasının üzvü, Dövlət mükafatı laureatı, ə.e.x., Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti, akademik Adilə Namazova tədbir haqqında iştirakçılara məlumat verib.
O, bildirib ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda təhsili, tibbi təhsili və xüsusi ilə də uşaqların sağlamlığı üçün pediatriya təhsilini daim dövlətin prioritet məsələsi kimi diqqət mərkəzində saxlayaraq bu sahənin inkişaf etdirilməsinə şərait yaratmışdı. Hazırda da bütün dünyada baş verən böhran və dağıntılar fonunda Azərbaycanda ana və uşaq sağlamlığına dövlət qayğısı yüksək inkişaf səviyyəsi ilə seçilir. Son illər bu sahəyə diqqət və qayğının davamı olaraq Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyənin inkişafına verdikləri töhfələr fundamental xarakter daşıyır və ölkədə ana və uşaq sağlamlığına yüksək qayğı məqsədilə irimiqyaslı layihələr həyata keçirilir.
Konfransda III uşaq xəstəlikləri kafedrasının əməkdaşları, dosent L.Hidayətova və dosent F.Məmmədova müxtəlif mövzularda məruzələr etdilər. Konfransın gedişində həmçinin Moskva şəhərindən dəvət olunmuş A.Vastistov həkimlərə yeni ekspress diaqnostik metod-streptotestlər üzrə “ Master klass” təqdim etdi.
K.Fərəcova adına ETPİ-nin baş həkimi, t.e.n. T.Şahbazova və konfrans iştirakçıları məruzələrin yüksək səviyyədə, elmi əsaslı və pediatrların gündəlik həyatında zəruri olduğunu qeyd etdilər. Onlar belə konfransların respublikamızın başqa şəhər və rayonlarında da təşkil olunmasını təklif etdilər.