Bakı şəhəri, Azərbaycan Respublikası

Həftə içi hər gün: 9:00 - 18:00

"Beynəlxalq Vaxtından əvvəl doğulan uşaqlara" həsr olunmuş Konfrans

Sizi, Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutu və Azərbaycan Pediatrlar Assosiasiyasının birgə təşkilatçılığı ilə, 17 noyabr 2023-cü il tarixində saat 09:00-18:00-da keçiriləcək "Beynəlxalq Vaxtından əvvəl doğulan uşaqlar gününə" həsr olunmuş Konfransda iştirak etməyə dəvət edirik. Konfransda iştirak üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməyiniz rica edilir. Konfransda ölkəmizin bu sahədəki aparıcı mütəxəssislərinin və xarici ölkələrdən dəvət edilmiş ekspertlərin məruzələri və maraqlı müzakirələr nəzərdə tutulub. 
Tarixi ekskurs:
2009-cu ildə Yeni Doğulmuş Uşaqlara Nəzarət üzrə Avropa Fondunun təşəbbüsü ilə noyabrın 17-də Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü təsis edilib və 2011-ci ildən etibarən dünyanın bir çox ölkələrində rəsmən yüksək səviyyədə qeyd edilir.
Belə bir günün qeyd olunmasında əsas məqsəd vaxtından əvvəl doğulan körpələrin sağ qalması üçün səylərin artırılması, vaxtından əvvəl doğum prosesinin baş vermə riskinin minimuma endirilməsi və hamilə qadınların düzgün qidalanmaları, sağlamlıqlarının qorunması üçün maddi, mənəvi və tibbi yardımın göstərilməsidir.